Hər zaman sosial problemlərə diqqət çəkən müğənni Nura Suri növbəti dəfə skuter sürənlər barədə gileylənib.
Lent.az-ın xəbərinə görə, müğənni Dənizkənarı Milli Parkda gəzərkən piyadaların rahat yeriyə bilmədiyini bildirib.
“Dənizkənarı Milli Park ərazisində skuterləri sürmək qadağandır lövhəsi olsa da, buna əhəmiyyət verən yoxdur. Bura isə hamının istirahəti üçün nəzərdə tutulub. Amma gördüyünüz kimi, bura skuterlərin atraksiyonudur. Burada normal gəzmək mümkün deyil. O boyda söhbətlərdən, şikayətlərdən, saytların yazdığından sonra bulvarda heç nə dəyişməyib”,- deyə müğənni qeyd edib.