“Lalə” qızlar ansamblının solisti, Əməkdar artist Rəhilə Bəndəliyevanın xalası Mülayim xanım ailə qurmaq üçün efirə çıxıb.
Nəticədə müğənni ilə xalası arasında qalmaqal yaşanıb.
Mülayim xanım həyat yoldaşının dünyasını dəyişdiyini və yenidən ərə getmək istədiyini deyib: "Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir"
Verilişə zəng edən Rəhilə Bəndəliyeva xalasının ərinin vəfatından 1 il keçmədiyini bildirib.
"Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa, ərinin ili çıxardı. Hamı onu qınayacaq. 16 nəvəsi var, birini götürüb yanında saxlasın"