Onlar serial üçün bir araya gələcək
09 iyun 2022 18:21 (UTC +04:00)

Onlar serial üçün bir araya gələcək

"Milyonlar onları bir arada görmək istəyir" - YENİ SERİAL

“Kaçış” serialı ilə ekranlara qayıdan Engin Akyürek və “Destan”ın baş rol ifaçısı Ebru Şahinin yeni layihə üçün tərəf müqabili olacaqları barədə maraqlı iddia ortaya atılıb.

Lent.az xəbər verir ki, bu haqda ilk dəfə türk jurnalist  Arif Hür danışıb: 

“Bəzi dəqiq məlumatlara görə, bu aralar ssenaristlərin istədiyi oyunçular Ebru Şahin və Engin Akyürek ikilisidir. Ciddi izləyici kütləsinə sahib bu ikilinin hazırkı layihələri başa çatdıqdan sonra eyni ekran işində yer ala biləcəkləri tez-tez müzakirə olunur. Onları bir arada görmək istəyən milyonlarla tamaşaçı var. Bu il onları bir serialda görməyiniz surprizin bir hissəsidir, desəm, yanılmaram”. 

Qeyd edək ki, çəkiləcəkləri serialın adı hələlik bilinmir.

Engin Akyürek və Ebru Şahin

# 3072
avatar

Nigar Namiq

Oxşar yazılar