Məşhur meyxanaçı Rüfət Nasosnu televizya proqramlarından birində narkotik maddələrdən asılı olduğu vaxtlardan danışıb.
“Narkotiklərdən əziyyət çəkəndə çəkim 34 kiloya düşmüşdü. Atam narkoman olduğumu bildiyindən, qazandığım çörəyi yemədi. O zamanlar evli də deyildim. Kaş sağ olaydı, indi ona baxaydım, qulluq edəydim”, - Lent.az bildirir ki, meyxanaçı qeyd edib.
Onun fikrincə, “oğlum narkomandır onu evləndirim, sağalacaq, düzələcək" kimi bir şey yoxdur: "Belə düşünüb onu evləndirmək axmaqlıqdır. Çünki kiminsə övladını bədbəxt edirsiniz. Sağaldıqdan sonra ailə qurdum. 10 ildir ki, evliyəm. Övladım yoxdur, Pis vərdişlərimin hamısını bir gündə tərk etmişəm.
Vecimə deyil, kim haqqımda nə fikirləşir. Narkotiki tərgidəndən sonra hər şeyim oldu. Xalqımın hesabına toylara da gedirəm, qazancım da var”.