Mətanət Əsədova: “Allah mənə övlad payı verdi, amma...”
24 oktyabr 2023 13:19 (UTC +04:00)

Mətanət Əsədova: “Allah mənə övlad payı verdi, amma...”

Müğənni Mətanət Əsədova qatıldığı teleproqramlardan birində ana olmamasının səbəbləri barədə danışıb.

“Allah mənə övlad payı verdi. Mən isə onun qarşısını aldım. Ondan sonra ana ola bilmədim. Allah cəzamı belə verdi. Dedi ki, get ağıllı ol. Mən sənə zamanında bunu etdim”,- deyə o bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni uşaqları çox sevsə də daha ana olmaq istəmədiyini deyib:

“Demirəm ki, alınmır, sadəcə indi özüm istəmirəm. Dünyada ən çox sevdiyim nemət uşaqdır, övladdır. İllər keçib... Ana olmaq heç zaman gec deyil. Sadəcə yoruldum. İçimdəkini bir Allah, bir də anam bilir”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6162
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar