Məşhurların tətil keyfindən GÖRÜNTÜLƏR
13 iyun 2022 10:40 (UTC +04:00)

Məşhurların tətil keyfindən GÖRÜNTÜLƏR

Maqazin dünyasının məşhurları tətil görüntüləri gəlməkdə davam edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli aktrisa Demet Özdemir rol aldığı "Dünya ilə Ben Aramızda" serialının çəkilişlərinə ara verdikdən dərhal sonra tətil etməyi qərara alıb.

Tətilini Çeşmədə davam etdirən məşhur aktrisa ötən gün dostları ilə birlikdə sahilə düşüb. Özdemir əvvəlcə çimərlik geyimi, sonra isə bikinisi ilə görünüb. 

Çeşmədə tətildə olan Hazal Kaya və Selin Şekerci ötən gün "Yüzü" çimərliyində olublar. Qısa müddət çimərlikdə qaldıqdan sonra “The Beach of Momo”ya gedən iki dost birlikdə çimərkən obyektivlərə əks olundu. 

Aslıhan Güner və Mert Kılıç Bodrumda "Elle" jurnalının təşkil etdiyi "Elle Summer Weekend" tədbirinə qatılıb. Sahildə günəş vannası qəbul edən cütlük romantik anlar da yaşayıb. 

Bununla yanaşı, Hande Erçelin bacısı Qamze Erçel də "Elle" jurnalının Bodrumda təşkil etdiyi "Elle Summer Weekend" tədbirinə qatılıb. Erçel ötən gün həyat yoldaşı Caner Yıldırım və qızı Mavi ilə körpüdə görüntülənib. Gamze Erçel və ərinin çimərlikdə keçirdiyi romantik anlar obyektivlərə belə əks olunub.

Keçmiş futbolçu Ümit Karan mövsümü bu il Bodrumda deyil, Kiprdə açıb. Ötən gün yaxın dostu Mehmet Mavi ilə Les Ambassadeurs otelinin çimərliyində görüntülənib. O, telefonla danışarkən dostu Karanın başına bir vedrə buz töküb. Baş verənlərdən şoka düşən Karan köynəyini çıxararaq özünü dənizə atıb. 

# 5430
avatar

Fidan İlqar

Oxşar yazılar