Rusiyalı məşhur xəbər aparıcısı Yekaterina Andreyeva yay tətilini Arktikada keçirir.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, 57 yaşlı teleaparıcı buzlar arasında isti cakkuzidə şəklini paylaşıb.
“Ağ ayılar, buzlaqlar arasında hələ heç kim hovuza girməmişdi. Buzları isti çakkuzidən, əlində bir sətkan isti çayla izləmək hələ heç kimə qismət olmayıb. Şimal Buzlu Okeanına baş çəkməsəydim mən mən olmazdım” deyə o bildirib.