Ötən il 10 ay ərzində 34 kilo arıqladıqdan sonra mədəaltı vəzində xərçəng xəstəliyi aşkarlanan məşhur oriyental rəqqasə Tanyelinin müalicəsi davam edir.
Lent.az-ın xəbərinə görə, 52 yaşlı Tanyeli sosial şəbəkə hesabında açdığı canlı yayımda saçlarını keçəl qırxdırıb.
O öncə özünə parik seçib, sonra tökülməkdə olan saçları ilə vidalaşıb. Tanyeli aldığı kimya terapiyası nəticəsində sağalacağına ümid etdiyini bildirib.