Amerikalı reper Rik Ross 20 milyon dollarlıq saatını nümayiş etdirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ləl-cəvahirətə olan böyük ehtirası ilə tanınan reper Jacob & Co brendinin onun üçün xüsusi hazırladığı saatı ilə lovğalanıb. Reper bildirib ki, saat 3 il ərzində hazırlanıb.
Onun üzərinə 216,89 karat ağırlığında 425 brilliant bərkidilib. Saatın üzərinə dünyanın ən nadir tapılan bahalı daşlarından biri - savorit də bərkidilib.