Məşhur repçi Paster (Pərviz Quluzadı) atasının həbsdə və narkoman olmasından danışıb.
Lent.az-ın xəbərinə görə, teleproqramlardan birinə qatılan repçi acı uşaqlıq xatirələrini paylaşıb.
“Özümü dərk edəndə anlamışdım ki, atam narkomaniyaya qurşanıb. 1990-cı illərin əvvəlləri çətin vaxtlar idi. O həbsə düşmüşdü.
Uşaqlığım anamla həbsxanalara bağlama daşımaqla keçib. Atam mən məktəbdə oxuyarkən cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi”, - repçi bildirib.