Dünya şöhrətli amerikalı repçi Kanye Uest 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu, onun ikinci cəhdidir. Bundan əlavə, jurnalist və siyasi şərhçi Milo Yiannopulos müğənninin siyasi kampaniyası üzərində işləyir.
45 yaşlı Kanye özü bu barədə paylaşdığı məlumatda "Milo kampaniya üzərində işləyir", - o, bildirib.
Qeyd edək ki, repçi Kanye Uest 4 övladının anası, maqazin ulduzu Kim Kardaşyan ilə evli olub.