Xəbər verdiyimiz kimi, amerikalı müğənni Lizzonun keçmiş rəqqasları onu təcavüz faktı ilə məhkəməyə veriblər. Rəqqaslar müğəninin onlara qarşı seksual təcavüz etdiyini deyirlər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, şikayətçilərin hüquqlarını müdafiə edən vəkillər daha 3 kişinin eyni şikayətlə məhkəməyə müraciət etdiyini bildirib.
Vəkil Ron Zambranonun sözlərinə görə, Lizzo komandasında olan 6 kişiyə qarşı xoşagəlməz hərəkətlər etməklə qalmayıb, onları əzməyə çalışıb, maaşlarını verməyib.