Müğənni Ani Lorakın keçmiş əri, iş adamı Murat Nalçaçıoğlu 12 yaşlı qızı Sofiyanı götürüb Türkiyəyə gedib.
Lent.az-ın xəbərinə görə, bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.
“Həyat qəmgin olmaq üçün çox qısadır. Qızımla keçirilən hər anı qiymətləndirmək üçün təkərlər üzərində ev kirayələdim. Ona Türkiyənin bütün gözəlliklərini göstərəcəm”, - iş adamı bildirib.
Ani Lorak və Murat 12 il birgə nikahda yaşayıblar. 2018-ci ildə Muratın xəyanəti səbəbi ilə Lorak boşanmaq üçün ərizə verib. 2023-cü ildə Murat Nalçaçıoğlu ukraynalı bir xanımla evlənsə də, bu ailənin ömrü cəmi 4 ay sürüb.