Dünya şöhrətli müğənni Keti Perrinin 5 albomu ehtiva edən musiqi kataloqu 250 milyon dollara satılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənnin mahnılarının müəlliflik hüququnu “Litmus Müzik” şirkəti alıb.
Şirkət müğənninin 2008 – 2020 illər arasında yayımlanan "One of the Boys", "Teenage Dream", "PRISM", "Witness" və "Smile" albomlarındakı mahnılarının müəlliflik hüququnu əldə edib.
Onun “California Gurls” mahnısı Hot 100 siyahısında Maykl Cekson un mahnılarından sonra ikinci yeri tutub.