Rusiyanın paytaxtı Moskva şəhərində tanınmış müğənni Marina Xlebnikovanın evi yanıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, həmin vaxt müğənninin qızı və valideynləri mənzildə olub.
Yanğın barədə əvvəlcə qonşular xəbər tutub və polisə xəbər veriblər.
İlkin məlumatlara görə, yanğına səbəb söndürülməmiş siqaret olub. Müğənni xəstəxanaya çatdırılıb. Onun üzərində çoxlu yanğın izləri və tüstüdən boğulma halı aşkar edilib.