Türkiyəli müğənni Berkay sosial şəbəkədə mübahisə etdiyi bir izləyici tərəfindən şikayət olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burak B. adlı şəxs müğənninin onu hədələdiyini və təhqir etdiyini bildirib.
Məhkəmədə iştirak etmək istəməyən sənətçi polis tərəfindən tutularaq hakim qarşısına çıxarılıb.
Məhkəmə müğənni Berkaya 26 min 400 lirə ( təxmini 3 min 312 manat) dəyərində cəza təyin edib.