Bir neçə ay öncə burnunda rinoplastika əməliyyatı keçirmiş müğənni Zemfira İbrahimova yenidən plastik əməliyyat etdirib.
Lent.az-ın xəbərinə görə, o bu dəfə göz qapaqlarına toxunuşlar etdirməklə həm gəncləşib, həm də tülkü göz effekti əldə edib.
Bu barədə Zemfira xanım öz sosial şəbəkə hesabında xəbər verib.
O bildirib ki, 9 gün öncə blefaroplastika əməliyyatı keçirib. Gözlərinin ətrafında göyərmə və şişkinlik nəzərə çarpsa da, müğənni əməliyyatdan məmnun qaldığını bildirib.