Türkiyənin tanınmış müğənnisi və aparıcı Songül Karlı estetik əməliyyatlardan sonra tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Lent.az-ın xəbərinə görə, müğənni boynunda və üzündə gərdirmə əməliyyatları etdirib. Onun qolundakı artıq piy və sallanmalar aradan qaldırılıb.
Bundan öncə dodaqlarını böyüdən müğənni bildirib ki, uşaqkən kök olduğuna görə bədənində dəri sallanmaları olub və bu onu çox narahat edib.
“Ən əsası sevgilim bu vəziyyətdən çox məmnundur. 20 yaş gəncləşdim. Sanki yeni xanım alıb”, - o bildirib.