Çex əsilli amerikalı model, aktrisa və yazıçı Paulina Porizkova ad günü şərəfinə fotosunu paylaşıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müvafiq şəkili öz “İnstagram” səhifəsində paylaşıb.
Məşhur 58 yaşını yataqda çılpaq bədən hissələrini mavi oyuncaq və ağ yorğanla örtərək poza verib. Eyni zamanda modelin saçları açıq və üzündə isə makiyaj yoxdur. Yerləşdirilən kadrdan da görünür ki, televiziya ulduzu heç bir zinət əşyası olmadan şəkil çəkdirib.
“58 illik yubileyimə təbəssüm və sevinclə başlayıram. Ümid edirəm ki, bütün yaxşı şeylər gələcək, eyni zamanda məndə olan hər şey üçün həyata təşəkkür edirəm", - Porizkova posta şərh yazıb.