“Pioner” filminin ulduzu Li Yifeng fahişələrlə münasibətdə olduğuna görə məhkəməyə verilib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı çinli aktyor fahişələrlə münasibətdə ittiham olunur.
Onun seks işçiləri ilə birgə yaxalanaraq avqustun 19-dan sentyabrın 2-dək həbs edildiyi bildirilir.
Qeyd edək ki, Çində bu cür xidmətlərdən istifadə inzibati xəta hesab edilir və bu, 645 funt sterlinq (1260 manat) cərimə, həmçinin 15 gün müddətində həbslə cəzalandırılır.