Məşhur türk müğənnisi Sinan Akçıl aktrisa Burcu Kiratlı ilə iki dəfə evlənib boşandıqdan sonra, model və aktrisa Aleyna Kalaycıoğlu ilə eşq yaşamağa başlamışdı.
Cütlük uzun müddət tez-tez brlikdə kameralar önünə çıxaraq, xoşbəxt sevgi mesajları verib. Lakin bu günlərdə ortaya onların ayrılıq iddiaları atılıb.
Aleyna və Sinan
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərin “Yenidən evlənəcəksinizmi?”, “Ürəyinizdə biri varmı?” suallarına “Artıq həyatımda birinin olub-olmaması barədə danışmayacam. Mənə göz dəyir. Bədnəzərə inanıram. Yalnız bunu deyə bilərəm, hər qəhrəmanın könlünü dolduran bir şahzadə mütləq var” cavabını verib.
Türkiyə mediası Sinanın sevgilisi Aleyna ilə ayrıldığını iddia edib. Buna səbəb isə məşhur aktrisa Defne Samyeli olduğu deyilir.
Bir müddət öncə bir layihədə birlikdə yer alan Defne və Sinanın eşq yaşaması xəbərləri Aleynanin qısqanclığına səbəb olub və cütlük ayrılıb.