Məşhur rusiyalı balerina Anastasiya Voloçkova öz dəfn planını hazırlayıb və bunu sosial şəbəkələrdə yayıb.
Lent.az-ın xəbərinə görə, sənətindən çox qalmaqalları və açıq-saçıq şəkilləri, sevgi romanları ilə gündəmdə qalan balerina dəfn mərasiminin ideal olması üçün məzarının ağ güllər və orxideya çiçəkləri ilə bəzənməsini istəyib. Voloçkova məzarı başına toplaşanların onun barəsində xoş sözlər söyləyəcəyini əminliyini ifadə edib.
“Tabutum mirvari rəngində olsun, kənarları qızılı rəngli aksessuarlarla bəzədilsin. Şahzadə Diananın məzarı kimi bütün məzarımın ağ çiçəklərlə örtülməsini istəyirəm”,- deyən balerina bunun üçün hazırlıq gördüyünü də bildirib.