Aparıcı və türkücü Songül Karlı son görüntüsü ilə tamaşaçılarını heyrətləndirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, o son estetik əməliyyatından sonra inanılmaz dərəcədə dəyişməsi ilə diqqət çəkib.
Həmkarı Seda Sayanla gözəlləşmək və gəncləşmək uğrunda rəqabət aparan müğənniyə artıq “ Estetik kraliçası” ləqəbi verilib.
49 yaşlı Songül Karlının izləyiciləri sosial şəbəkə hesabında paylaşdığı şəkillərinə “Artıq dayan, özünə bənzəmirsən” şəklində şərhlər yazıblar.