Məşhur teleaparıcı Ece Erken aliment səbəbilə məhkəməlik olduğu keçmiş əri, oğlunun atası Serkan Uçarı biabır edib.
Lent.az-ın xəbərinə görə, buna səbəb oğluna 60 min lirə aliment borcu olan Uçarın borcunu vermək əvəzinə bahalı avtomobil alıb, oğluna “Gəl, səni gəzdirim” yazması olub.
Ece Erken sosial şəbəkə hesabında həmin yazışmanı dərc edərək, “Hər kəs ata olur, amma hamı atalıq edə bilmir. Oğlumun bioloji atasının borcunu verməyib, "gəl səni gəzdirim" deməsi gülüncdür. Vicdanlı adamlardan uşaq sahibi olun!” şərhini yazıb.
Qeyd edək ki, Ece Erken birinci ərindən boşandıqdan sonra iş adamı ilə evlənmişdi. Lakin əri mafiya tərəfindən güllələndikdən sonar Ece ekranlardan uzaqlaşıb, gözdən uzaq həyat yaşayır.