Məşhur maniken və aparıcı Tuğba Özay tez-tez estetik əməliyyatlar etdirən insanları ruhi xəstə adlandırıb.
Lent.az-ın xəbərinə görə, qatıldığı tədbirlərin birində özünü “zamana meydan oxuyan qadın” adlandıran Tuğba Ajda Pekkan, Nebahat Çehre, Defne Samyeli, Çağla Şıkel, Ebru Şallı, Demet Şener kimi məşhurların da zamana qarşı çıxan qadınlar olduğunu deyib.
“Bu günə qədər heç bir estetik əməliyyat etdirmədim. Tez- tez estetik əməliyyat etdirənlər ruhi xəstədirlər. 44 yaşımdayam. Siz mənə 44-lük yox, dörd dördlük qadın deyin”,- deyə parıcı bildirib.