Hollivud ulduzu Bryus Uillisin qızı Talluma yerləşdirildiyi reabilitasiya mərkəzindən şəklini paylaşıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Bryus Uillisin Demi Murdan olan qızı Talluta anoreksiya xəstəliyindən əziyyət çəkir.
“Gözəl idim, amma daha da gözəl olmaq üçün yeməkdən imtina edib həm öz səhhətimə, həm ailəmə problem yaşatdım. Sonra anladım ki, ailəmi incitməyə haqqım yoxdur. Burada mən hamıdan gözələm. Özünü olduğun kimi qəbul etmək problemin yarısını həll etmək deməkdir”, - o bildirib.
Qeyd edək ki, aktyor Bryuss Uillis demensiya xəstəliyindən əziyyət çəkir və getdikcə fiziki qabiliyyətlərini itirir.