Fransız aktyoru Nikola Bedos təcavüz ittihamı ilə istintaqa cəlb edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Gözəl əsr”, “O və o” filmlərində ulduzu parlayan aktyorun 3 qadını zorladığı iddia olunur.
Maraqlıdır ki, qadınların üçü də zorlanma faktlarının illər öncə baş verdiyini söyləyirlər. Onların üçü də yetkinlik yaşına çatmış qızlardır.
Nikola Bedos isə iftirya məruz qaldığını iddia edir.