Məşhur aktyor, komediya ustası Ufuk Özkan yanlış diet nəticəsində ölümcül xəstəliyə tutulub.
Lent.az-ın xəbərinə görə, bu barədə aktyor özü sosial şəbəkə hesabında paylaşım edib.
Çəkiləcəyi rol üçün 5-6 kilo verməli olan aktyor dietoloq nəzarəti altında arıqlamağa başlayıb. Lakin aktyorun çəkisi sürətlə azalmağa başlayıb və 17 kilo arıqladıqdan sonra onda qara ciyər sirrozu xəstəliyi başlayıb. Hazırda qara ciyər transplantasiyasına hazırlaşan aktyor sevənlərinə xəstəliyi barədə məlumat verərək, həkim nəzarətində olduğunu, sağalacağına ümid etdiyini bildirib.