Məşhur aktyor adını dəyişir
06 sentyabr 2024 22:47 (UTC +04:00)

Məşhur aktyor adını dəyişir

Aktyor Maykl Kiton səhnə adını Maykl Kiton Duqlas qoymağa qərar verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Birdman" və digər məşhur filmlərin ulduzu 1970-ci illərdə Maykl Kiton təxəllüsü götürsə də , öz soyadı Duqlasdır.

Məsələ burasındadır ki, o, gənc aktyor kimi Hollivud Aktyorları Gildiyasına daxil olmaq istəyərkən Duqlas adı artıq məşhur idi. “Oskar” mükafatlı aktyor Maykl Duqlas və atası Kirk Duqlas bu adla tanınmışdılar.

Aktyorun dediyinə görə, indi özü kifayət qədər məşhurdur və rəsmi adına sahib çıxmaq zamanı  çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar