Ən son “Kırmızı oda” serialında gördüyümüz məşhur kionoaktrisa Itır Esendən sevənlərini üzən ağır xəbər gəldi. Uzun müddətdir sağlamlığında yaşadığı bir sıra problemlərə görə ekranlardan uzaq düşən aktrisa bu gün əməliyyat olunub.
Lent.az-ın xəbərinə görə, aktrisa onurğasında yaranmış əyriliyi aradan qaldırmaq üçün 6 saatlıq əməliyyata girib. O, əməliyyatdan öncə sosial şəbəkə vasitəsilə sevənlərindən halallıq və dua istəyib.
Həkimlər vəziyyətinin kafi olduğunu qeyd edirlər.