Aktrisa Pamela Andersonun keşmiş əri, musiqiçi Tommi Li bildirib ki, hər gün 7 litr araq içə bilər.
Lent.az-ın xəbərinə görə, “Motley Crue” rok qrupunun baraban çalanı Tommi Li şöhrətlərinin pik vaxtı hər gün 7 litr spirtli içki içdiyini bildirib.
“Hər gün 2 qallon (7,5 litr) araq içirdim. Bu mənə rahatlamağa və musiqiyə dalmağa kömək edirdi. Yoxlanmışdım. Orqanizmim bundan zərər görmürdü. Ötən ildən içkini tərgitdim”, - o bildirib.