Hindistanlı məşhur aktrisa, Bollivud ulduzu Priya hamiləliyinin səkkizinci ayında ölüb.
Lent.az-ın məlumatına görə, 34 yaşlı aktrisanın ölümü barədə qohumları məlumat yayıblar. Onun ölüm səbəbi ürəktutması ilə əlaqələndirilir.
Ana ölsə də, körpəsi sağ qalıb. Həkimlər ölmüş aktrisanı əməliyyat edərək, körpəsini xilas ediblər. Körpə onun ərinə və anasına təhvil verilib.