Meşə yanğınları Bülent Ersoyun villasına  yaxınlaşdı - VİDEO
25 iyul 2025 19:01 (UTC +04:00)

Meşə yanğınları Bülent Ersoyun villasına yaxınlaşdı - VİDEO

Türkiyənin Gazipaşa bölgəsində meşə yanğınları davam edir.

Lent.az xəbər verir ki,  sosial mediada yayılan xəbərlərə görə, alovlar məşhur sənətçi Bülent Ersoyun villasına da yaxınlaşıb, lakin bu məlumat rəsmi mənbələr tərəfindən hələ təsdiqlənməyib.

Digər məlumata görə, Antalyanın Kundu səmtinin Güzeloba məhəlləsində Bülent Ersoyun villasında yanğın baş verib. Avqustun 9-da konsert verməsi planlaşdırılan Ersoyda ciddi çaxnaşma yaşansa da, Antalya Böyükşəhər Bələdiyyəsi xilasedicilərinin sürətli müdaxiləsi alovu daha yayılmadan söndürüb. Ersoyun vəziyyətinin yaxşı olduğu bildirilir, lakin villaya heç bir ziyan dəyməyib.

Qeyd edək ki, Türkiyənin Aksu, Muratpaşa və Manavgat ərazilərində yanğınlar nəzarət altına alınıb, Gazipaşada söndürmə işləri davam edir, Karabük, Adana, İzmir və Muğlada isə yeni yanğın xəbərləri yayılıb. Həmin bölgələrdə havadan müdaxilə həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar