Özünə aid geyim və kosmetika markası olan keçmiş model Eda Taşpınar sevgilisindən ayrılıb.
Lent.az-ın məlumatına görə, buna səbəb alman sevgilisi Patriklə birlikdə məsciddə açıq geyimdə çəkdirdikləri fotolar olub. Bundan əlavə stil ikonası məsciddə erotik görüntülü fotosessiya etdirib.
Eda bu şəkilləri sosial media hesabında paylaşınca insanlardan o qədər sərt reaksiyalar alıb ki, Patrik əşyalarını yığıb ölkəsinə dönüb.
Cütlük evlənməyə hazırlaşırdı və bu şəkillər onların münasibətlərinə son qoyub.