Mərhum müğənni, türk musiqisinin “Titrək bülbülü” ləqəbini almış Azer Bülbül haqqında bədii film çəkilir.
Lent.az-ın xəbərinə görə, 11 il əvvəl vəfat etmiş Azer Bülbül rolu öncə Kıvanc Tatlıtuğa təklif edilsə də, sonradan fikirlər dəyişib.
Rolu məşhur aktyor Cihangir Ceylanın oynayacağı bildirilib.
Cihangir Ceylan bu barədə verilən sualları təsdiqləyərək, Azer Bülbül fanatı olduğunu, bundan sonra hər səhər onun mahnıları ilə oyanacağını bildirib.