Mənzurənin pullarını keçmiş həyat yoldaşı mənimsədi - ÖZÜ AÇIQLADI
06 fevral 2021 09:26 (UTC +04:00)

Mənzurənin pullarını keçmiş həyat yoldaşı mənimsədi - ÖZÜ AÇIQLADI

Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Birə-bir" verilişində bildirib ki, keçmiş həyat yoldaşı onun pullarını mənimsəyib:

"Ərim məni efirlərə qoymurdu, amma deyirdi get ancaq toylara pul qazan. Hacı Qara idi, pulları yığırdı başının altına. Özü də çox imkanlı ailə idilər. Yediyim şokolada görə dava edirdi. Sumqayıtda mağaza açmışdım, onu qoymuşdum işlətsin. Şokoladı sayıb qoyurdu, birini yemək olmazdı".

Ağılsız olmuşam, bir torba pul gətirirdim verirdim ona ki, saysın. O da yarısın götürüb, ortalığa az çıxarırdı. Deyirdim, bir söz deyərəm, pis olar. Utanırdım ki, yoldaşım deyər, pul qazanır başıma vurur. Qoy evin pulu kişidə olsun. Etika gözləmişəm.

İndi danışırıq onla, yalvarır barışaq. Ailə quranda düşünmürdüm belə olar. İndi deyirəm ki, nə qədər səhvlərim olub. İndi 15 mağazam olardı, nəinki bir. O, mənə bir mağaza belə vermədi. 2000-ci ildən qazandığımdan özümə nəsə edirəm.

Mağazalar açırdım, elə bilirdim onun adınadır. Sən demə, heç nəyi öz adına etmirmiş. Məhkəmə araşdırdı ki, maşınlar, evlər, mağazalar başqa adamın adınadır. Övladımız olmadığı üçün ondan nəsə ala da bilmədim".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3201
avatar

Yalçın UĞUR

Oxşar yazılar