Xalq artisti Mehriban Zəki sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. O, keçirdiyi qəzadan sonra sosial şəbəkədə ilk dəfə paylaşım edib.
Lent.az xəbər verir ki, aktrisa paylaşdığı fotoya “Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən” başlığı yazıb.
Hələ ki, media ilə ünsiyyət qurmaq istəməyən aktrisa artıq xəstəxanadan evə buraxılıb, vəziyyəti yaxşıdır.
Mehriban Zəki martın 22-də Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev və onun xanımı Dilarə Əliyeva ilə birlikdə yol qəzası keçirmişdi.