Mehmet Ali Erbilin ötən gün TikTok-da canlı yayımı gündəmə gəlib.
Lent.az xəbər verir ki, yayım zamanı məşhur futbolçu Kristiano Ronaldo ilə danışdığını düşünən Erbil saxta hesabla aldadılıb.
Erbil onun Ronaldo ilə danışdığını zənn edərkən, saxta hesab məşhur futbolçunun videosundan istifadə edib. Həmin anlarda çox həyəcanlanan Erbil tamaşaçılardan gələn xəbərdarlıqları belə oxumayıb və aldandığını anlaya bilməyib.