Maslyakovun  ölüm SƏBƏBİ:  İki ildir jurnalistlərdən gizlənirdi
09 sentyabr 2024 12:47 (UTC +04:00)

Maslyakovun ölüm SƏBƏBİ: İki ildir jurnalistlərdən gizlənirdi

"Şən və Hazırcavablar Klubu"nun (KVN) aparıcısı Aleksandr Maslyakov sentyabrın 8-də uzun sürən xəstəlik səbəbindən vəfat edib.

Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, onun həyatının son günləri Moskva xəstəxanalarından birinin palliativ müalicə şöbəsində keçib. Maslyakov iki il xərçənglə mübarizə aparıb.

Səkkiz ay əvvəl həkimlər müalicənin artıq kömək etmədiyini, onun danışmaq və nəfəs almaqda çətinlik çəkdiyini bildirdilər. Bütün müalicə müddətində teleaparıcı jurnalistlərlə ünsiyyət qurmayıb.

Maslyakov ağ ciyərlərində əməliyyat olunmayan şişlə mübarizə aparırdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar