Xeyli vaxtdır küsülü olan Əməkdar artist Elza Seyidcahanla müğənni Manaf Ağayev barışıb.
Lent.az-ın məlumatına görə, “Birə-bir” verilişində qonaq olan Manaf Ağayev bildirib ki, küsülülüyə son qoyublar: “Elza ilə barışmışıq. Biz öpüşüb görüşməmişik. Sadəcə, qabağıma çıxanda salamlaşmışıq. Sənət söz idi, dedi bitdi. Mən qadınla qalmaqal etmirəm. Kişi olsa, nəsə anlaşılmazlıq olanda aydınlaşdırmaq olar. Çox adam məni başqa cür tanıyır. Amma mən sülh adamıyam”.