Dünya şöhrətli müğənni Madonna Londona qastrolu çərçivəsində fanatları ilə hisslərini bölüşüb. O, səhnədən tamaşaçılarına səslənib.
Lent.az-ın xəbərinə görə, müğənni iyun ayında keçirdiyi bağırsaq infeksiyasının əslində çox ağır olduğunu, ölə biləcəyini dilə gətirib.
“Sağ qalacağımı düşünmürdüm, hətta həkimlərim də öləcəyimi düşünürmüş. 5 gün ərzində həyatla ölüm arasında qaldım, heç nə dərk etmirdim. Mələklərim məni qorudu. Bu mələklər arasında uşaqlarım da var idi. Onlar üçün yaşamalı idim. Bu arzu məni ölməyə qoymadı”, - ulduz müğənni bildirib.