Dünya şöhrətli müğənni Madonna Londonda verdiyi konsert zamanı Ukraynaya dəstəyini ifadə edərək, bu ölkənin bayrağına bürünüb.
Lent.az-ın xəbərinə görə, müğənni “Don't Cry For Me Argentina” mahnısını ifa edərkən Ukrayna bayrağını qaldırıb.
O həmçinin Fələstin – İsrail münaqişəsindən də söz açıb.
“Biz hamımız İsrail və Fələstində baş verənləri hüznlə izləyirik. Mən uşaqların, qocaların zülm içində olduğunu görəndə əzab çəkirəm. Bütün bu baş verənlər böyük faciədir.
Qeyd edək ki, Madonna bir neçə gün öncə öz Instagram səhifəsində İsraili dəstəkləmişdi.