“Lalə xanım, Cavanşir Məmmədovu  dəfn edək?”  - Şoumendən  sərt REAKSİYA
26 iyul 2023 11:35 (UTC +04:00)

“Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək?” - Şoumendən  sərt REAKSİYA

“Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir-iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir”

Lent.az-ın xəbərinə görə, bu fikirləri öz social şəbəkə hesabında şoumen Sərxan Kərəmoğlu yazıb.

"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?

Efir qaydalarına görə öncədən xəbərdarlıq etmirsiniz ki, haqqınızda bizə şikayət var. Cavanşir bəy deyir, oğlanın mənim qızımla heç bir münasibəti olmayıb. Siz isə onun qızının oğlanla qeyri-rəsmi nikahı olduğunu açıqlayırsınız. Sizin həmin adama inamınız haradan gəlir? Guya sizə Cavanşir bəyin qızının fotolarını göstərib, siz isə xalqa göstərməyi məsləhət bilmirsiniz. Guya xanımlara məsləhət verirsiniz ki, belə şəkillərinizi kimsəyə göndərməyin.

Məsləhət yox, sadəcə bir tövsiyə edirəm: Siz nə etsəniz də, zəhləm getsə də, bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm... Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm.

Sosial şəbəkələrdən gördüm ki, türk oğlan həbs edilib. Efirdə deyirsiniz ki, Cavanşir haradan bilirdi ki, o, həbs olunacaq? Günahkar sonda yaxalanmalı deyil?

Peşəkarlığınız bu məsələdə məni qane etmədi. Yəqin məndən də bir peşəkar kimi inciməzsiniz".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4023
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar