Böyük Britaniyada kral VII Eduardın məşuqəsi Petsi Kornuollis Uestin evi 3 milyon funt-sterlinqə satışa çıxarılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qotik stildə tikilmiş mülk Nyulend qraflığında yerləşir.
Ev 1800-ci illərdə tikilib. 8400 kavdrat metr sahəsi olan bu qədim sarayda vaxtilə Almaniya imperatoru Vilhelm və digər Avropa kralları qonaq olublar.