Kanye Uest və Byanka Sensor  boşanır?   - AÇIQLAMA
14 fevral 2025 16:07 (UTC +04:00)

Kanye Uest və Byanka Sensor boşanır? - AÇIQLAMA

Sosial şəbəkədə Kanye Uest və həyat yoldaşı Byanka Sensorinin ayrılması ilə bağlı şayiələr yayılıb.

Lent.az-ın məlumatına görə, “Daily Mail” yazıb ki, buna səbəb onun “Qremmi”də çəkdirdiyi təxribatçı obrazı və repçinin özünü nasist adlandıraraq Hitlerə təriflər yağdıran qalmaqallı açıqlamaları olub.

İnsayderlər boşandıqdan sonra Uestin həyat yoldaşına 5 milyon dollar ödəyəcəyini də bildiriblər.

Lakin bu fərziyyələrin yalan olduğu ortaya çıxıb.

Digər xəbərə görə, cütlüyün nümayəndəsi boşanmadıqlarını və hazırda Los-Ancelesdə Sevgililər gününə hazırlaşdıqlarını bildirib.

Nümayəndə onu da qeyd edib ki, bu, mediada cütlüyün ayrılması ilə bağlı vaxtından əvvəl xəbər yayması ilk dəfə deyil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1892

Oxşar yazılar