İtaliyada Hande Erçeli müzakirə edirlər:  Sözləri böyük səs-küyə  səbəb oldu
02 oktyabr 2025 19:46 (UTC +04:00)

İtaliyada Hande Erçeli müzakirə edirlər: Sözləri böyük səs-küyə səbəb oldu

0

Türkiyədə "Sen çal kapımı", İtaliyada isə "Love is in the Air" seriallarında Eda Yıldız obrazı ilə beynəlxalq ulduza çevrilən Hande Erçelin həm Türkiyədə, həm də Avropada böyük pərəstişkarı var. Aktrisa “Şöhrətin təzyiqini yox, məsuliyyəti hiss edirəm” sözləri ilə diqqət çəkib.

İtaliyanın nüfuzlu jurnalı "Grazia" Hande Erçeli yeni sayının üz qabığına çıxarıb. İtaliya mediası, Erçelin xüsusilə bu serialdakı rolunun ona böyük şöhrət gətirdiyini və qısa zamanda qlobal fenomenə çevrildiyini vurğulayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, müsahibəsində Erçel şöhrətə münasibətini belə ifadə edib:

“Şöhrətin təzyiqini çox hiss etmirəm, amma məsuliyyətini hiss edirəm. İnsanların həyatına toxunmaq, onlara ilham verə bilmək mənə güc verir”.

İtalya Hande Erçel'i konuşuyor! Sözleri büyük yankı uyandırdı

Xəbərdə həmçinin aktrisanın "Grazia" fotosessiyası üçün sadəcə 24 saatlıq Milana səfər etdiyi, gül ləçəkləri və zərif gecə geyimləri ilə kamera qarşısına keçdiyi qeyd olunub.

Jurnal uşaqlıqda aynanın qarşısında aktyorluq oyunları ilə əylənən kiçik bir qızın bu gün milyonların izlədiyi beynəlxalq ulduza çevrildiyini xüsusi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar