Müğənni Şəbnəm Tovuzlu, Vəfa Şərifova
30 aprel 2021 10:47 (UTC +04:00)

Müğənni Şəbnəm Tovuzlu, Vəfa Şərifova

İş adamına görə 2 müğənnimiz DALAŞDI: "Az ailəm..."

Dövlət Təhlükəsizlik Xidməyinin həbs etdiyi Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən başlayıb.

Lent.az xəbər verir ki, buna səbəb hər iki ifaçının iş adamı ilə münasibətdə olması xəbərlərinin yayılması olub.

Vəfa video yayaraq Şəbnəmlə fotosunun yanaşı verilməsinə əsəbiləşdiyini deyib. O, ifaçıya söz ataraq bunları əlavə edib:

"Efirə çıxan gündən demişəm ki, 16 ildir ailəliyəm və qız övladım var. Səbəb də odur ki, getdiyim məclislərdə dəvət etdikləri şəxsin ailəli olduğunu bilmələridir. Ona uyğun davransınlar. Kiminsə əlini, ayağını, hədiyyələrini göstərib kiməsə acıq verməmişəm. Bir xanım müğənni ilə şəklimi yanyana qoyursuz və yazırsız ki, sevgili olub. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar ola bilər. Məni onunla niyə vurursunuz? Qız övladı böyüdürəm, ona görə çox şeydən keçmişəm".

Şəbnəm Tovuzlunun qarşı tərəfə cavabı gecikməyib. O, video açıqlama yayaraq Vəfanı hədələyib:

"Səhərdən xoşagəlməz adlarla şəklim oldu. Bir qadın çıxıb deyir ki, qız uşağım, ailəm var. Toya ailəliyəm deyə çağırırlar. Bizim də ailəmiz, qızımız var. Keçmişini, kim olduğunu unutma, 2008-2009-cu illəri sənə xatırladıram. Olduğun halları unutma, yaxşı? Onları indiki ətrafında olan insanlar yox, mən bilirdim. Allah Tacir Şahmalıoğlunun canını sağ etsin. Qurban olsun olduqlarına. Hər zaman dostluğu, insanlığı, yaxşılığı bilən insanam. Sakit dururam, amma sənə görə yox. Ailəsinin qədrini bilən xanım, evdə oturub danışmaz. Az ailəm de, kim olduğunu hər kəs gözəl bilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5898
avatar

Yalçın UĞUR

Oxşar yazılar