Rusiyalı supermodel İrina Şeyk və amerikalı futbolçu Tom Bredi ayrılmaqları barədə danışıblar.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onlar ayrılıq səbəbi olaraq başqa-başqa şəhərlərdə yaşamalarını göstəriblər. Futbolçu son bir ayı Mayamidəki yaxtasında, Şeyk isə Nyu-Yorkda dostlarının əhatəsində keçirib.
Maqazin xəbərçiləri isə Şeykin aktyor Bredli Kuperlə yenidən sevgi romanına başladığını, futbolçunu aldatdığını bildiriblər.
Qeyd edək ki, İrinanın Kuperdən 6 yaşında bir qızı var. O, futbolçu sevgilisini həmkarı Jizel Bundxendən "oğurlamışdı".
Hər bir halda, Şeyk və futbolçu sevgilisi qalmaqalsız ayrılıb, hərə sakitcə öz yolu ilə gedib.