Gözəl mahnıları qədər, sevgi etirafları ilə də tez-tez gündəmə gələn müğənni İrem Derici yeni sevgilisi ilə şəkillərini paylaşıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni 8 ay sevgili olduğu Atakan İşıktutan ilə münasibətlərini bitirib, yeni eşqə yelkən açdığını bəyan edib.
İrem sosial şəbəkə hesabında paylaşım edərək “Mənə heç yaşamadığım bir sevgini yaşatdığın üçün sənə təşəkkür edirəm, yaxşı günündə də, pis günündə də ilk axtaracağın adam mənəm, bunu unutma, tanıdığım ən yaxşı kişi”,- deyə yazıb.
İremin yeni sevgilisi Gökhan Fırat fotoqrafdır.