İbrahim Tatlısəs 13 yaşlı aktrisa Beren Gökyıldıza kiçik bir irad bildirməklə insanların qəzəbinə tuş gəlib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 4 yaşında filmlərə çəkilib, istedadıyla tamaşaçı rəğbəti qazanan Beren sosial mediada fəaldır. Tez-tez şəkillərini paylaşır.
Bu şəkillərdən birinə rəy yazan İbrahim Tatlısəs artıq 13 yaşına çatmış aktrisaya “5-6 kilo verməlisən. Arıqla. Yanaqlarının şişi ensin. Şişmansan. Yaxşı görünmürsən. Səni Ankarada kakabçıda gördüm. Az ye deməklə “məşhurların və izləyicilərin kəskin reaksiyası ilə qarşılaşıb.
“Bu qadına qarşı şiddətdir, zorbalıqdır. Belə danışıb uşağın psixologiyasını pozmayın. O hələ yeniyetmədir. Arıqlayacaq və boyu uzanacaq” şəklində sərt cavablar yazılıb.
İbrahim Tatlısəs isə bütün bunlara cavab olaraq “başqa niyyətim yox idi. Berenin istedadına inanıram. Qadına şiddətə gəlincə, bir zamanlar mən də qadına əl qaldırmışam. Peşmanam, üzr istəyirəm” deməklə yaxasını müzakirələrdən kənara çəkməyə çalışıb.
Berenin isə İbrahimə cavabı çox məzəli olub. O 4 yaşındaykən İbrahimin dizləri üstündə həmin kababçıda çəkilmiş şəkli paylaşmaqla İmperatorun unutqanlığına, çaşqınlığına işarə edib.